Naxçıvanda 6 məktəb direktoru işdən çıxarıldı



 15:38 25.09.2024     288

Naxçıvan Muxtar Respublikasında 6 məktəb direktoru vəzifədən azad olunub.

Demedia.az  “Nuhçıxan”a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Əmr imzalayıb.

Belə ki, parlament seçkilərində deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Gülxarə Tarverdiyeva, həmçinin Ordubad rayon Unus kənd tam orta məktəbinin direktor müavini Ramil Nəbiyev vəzifələrindən azad olunublar.