Bakıda avtobusu qəzaya uğradı - xəsarət alan var



 09:54 02.10.2024     353

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demedia.az report-a istinadən xəbər verir ki, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.