Əlində silah açıldı, qolunu itirdi



 13:52 07.10.2024     334

Qəbələdə bədbəxt hadisə baş verib.

Demedia.az DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, 54 yaşlı Araz Allahverdiyevin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib. Xəstəxanaya yerləşdirilən A.Allahverdiyevin qolu amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.