2050-ci ilə qədər bu insanların heç bir qohumu olmayacaq



 14:57 07.10.2024     586

2050-ci ilə qədər Yaponiyada 65 və yuxarı yaşda olan insanların 10 faizindən çoxunun yaxın qohumu qalmayacaq.

Demedia.az xəbər verir ki, Yaponiya Araşdırma İnstitutu 2050-ci ildə nəvələri də daxil olmaqla üçüncü dərəcəyə qədər qohumu olmayan yaşlı insanların sayının 4,48 milyon nəfərə çatacağını açıqlayıb.

İnstitut 4,48 milyon insanın dəfn mərasimini kimin edəcəyindən və qocalar evində olacaq sıxlıqdan narahat olduğunu bildirib.

Bundan əlavə, 2050-ci ildə qayğıya ehtiyacı olan kimi sənədləşdirilmiş yaşlıların sayının 590 minə yüksələcəyi proqnozlaşdırılır.

Yaponiyada bir çox qocalar evləri və tibb müəssisələrində qocalara qulluq etmək üçün zaminlər tələb olunur.

Yaşlanan ölkədə nikaha girənlərin sayı azaldıqca, üçüncü dərəcəli qohumu olmayan 65 və yuxarı yaşlı insanların sayı durmadan artır.(publika.az)