Məktəbdə gözətçinin meyiti tapıldı



 12:11 14.10.2024     269

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, insident Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.