“Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsinin icrasına başlanılıb



 12:05 03.06.2025     92

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsinin icrasına başlayıb.

Demedia.az-ın məlumatına görə, bu barədə layihə rəhbəri Şəmistan Əlizamanlı bildirib ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq edirlər. Və bu günə kimi Agentliyin maliyyə dəstəyi ilə vətənpərvərlik mövzusunda bir çox layihələr həyata keçiriblər.

“Bu ilki layihəmiz də vətənpərvərlik mövzusuna həsr olunub və bu istiqamətdə yeni mahnının yazılmasını həyata keçirəcəyik. Qeyd edim ki, vətənpərvərlik mövzusunda yazılan hər bir musiqi əsəri, keçirilən tədbirlər, çəkilən sənədli filmlər və s. Azərbaycan gəncliyinin əsl vətənpərvər kimi yetişməsinə dəstək məqsədi daşıyır – deyə Şəmistan Əlizmanlı qeyd edib.