Şəmistan Əlizamanlının ifa etdiyi “Türkman marşı” ictimaiyyətə təqdim edildi - VİDEO


“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi əsasında Şəmistan Əlizamanlının ifasında “Türkman marşı”nı ictimaiyyətə təqdim edib.
“Bu günə kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə vətənpərvərlik mövzusunda bir çox layihələr həyata keçrimişik. Cəmiyyətə təqdim etdiyimiz layihələr vətəndaşlarımız, xüsusilə yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına dəstək məqsədi daşıyıb. Hazırda icra etdiyimiz layihə də bu istiqamətdədir. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi çərçivəsində “Türkman marşı”nı ifa edib ictimaiyyətə təqdim etdik. Türkmanlar soykökü, dili, dini eyni olan can qardaşlarımızdır. İllərin həsrəti, ayrılığı bizi çox üzüb, indi şükürlər olsun ki, Azərbaycan və İraq münasibətləri elə səviyyəyə qalxıb ki, türkman qardaşlarımızla əlaqələrimiz getdikcə genişlənir. Məhz bu səbəbdən də bu marşı Türkman qardaşlarımıza ithaf etdik. Düşünürəm ki, indiyə qədər həyata keçirdiyimiz layihələr kimi bu layihəmiz də rəğbətlə qarşılanacaq” - deyə, layihə rəhbəri Şəmistan Əlizamanlı qeyd edib.
Qeyd edək ki, “Türkman marşı”nın sözləri kərküklü şair Sabah Karaaltın, bəstəkarı Şəmistan Əlizamanlı, aranjimançısı Asif Kərimov, səs rejissoru Faiq Ələkbərovdur.