“Azərbaycan sülh və təhlükəsizliyin tərəfdarıdır”
Prezident İlham Əliyevin 18 may tarixindəki bəyanatında və Azərbaycan-Litva biznes forumundakı çıxışında bildirdi ki, qarışıq geosiyasi situasiyada Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir və bunun üçün Azərbaycan dövləti bütün əməli fəaliyyəti ilə öndərdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Avropa ittifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Ölkə prezidentinin də bildirdiyi kimi Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli güclü siyasi münasibətləri nəzərə alaraq, demək olar ki, ölkələrimiz uzun illərdir ki, artıq strateji tərəfdaşdırlar. Litva Prezidentinin ölkəmizə səfəri də fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. O cümlədən, İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti onu deməyə əsas verir ki, Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iqtisadi inkişaf, sülh və təhlükəsizliyin tərəfdarıdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov