Nəsimi Şərəfxanlının son durumu açıqlandı
Hazırda tanınmış jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Nəsimi Şərəfxanlının vəziyyəti qənaətbəxşdir.
Bu barədə Demedia.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.
“Mayın 14-də kritik ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsinə qəbul olunan Nəsimi Şərəfxanlının hazırda müalicəsi davam etdirilir və həyati təhlükəsi yoxdur”, - Z.Əbilova bildirib.
Qeyd edək ki, mayın 14-ü qazi-jurnalist N.Şərəfxanlı sirkə turşusu içərək, intihara cəhd edib.