Son gündə koronavirusa 4 yeni yoluxma aşkarlandı



 17:07 22.05.2022     287

Azərbaycanda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 712 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 957 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 45 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 510, bu günə qədər isə ümumilikdə 6 872 506 test icra olunub.