Şuşanın əsas küçələrindən birinə ATATÜRKÜN ADI VERİLDİ



 18:00 22.05.2022     483

Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu, görkəmli ictimai-siyasi xadim Mustafa Kamal Atatürkün adı verilib.

Demedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında yazıb.

“Şuşanın mərkəzi küçələrindən birinə Atatürkün adı verilib. Təşəkkürlər”, - diplomat sosial şəbəkə hesabında yazıb.