“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadda keçiriləcək



 16:26 25.05.2022     489

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunda keçiriləcək.

Demedia.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağ”ı rayonun Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq.

Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.