Bakıda qaz təchizatından qanunsuz istifadə edən MTK aşkarlanıb



 22:14 25.05.2022     323

Bakıda qaz təchizatından qanunsuz istifadə edən MTK aşkarlanıb.

Demedia.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.

Birlik əməkdaşları tərəfindən may ayının 24-ü paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı çoxmərtəbəli binanın qazanxanasına baxış keçiriən zaman qanunsuz müdaxilə halı aşkar edilib.

Kənar müdaxilə aşkar olunduqdan sonra dərhal Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib.

Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyan hesablanacaq və müvafiq addım atılacaq.