"Türkiyə bizə meydan oxuyur" - Egey dənizində müharibə hədələri



 18:49 27.05.2022     483

Yunanıstan Türkiyəni BMT-yə şikayət edib.

Demedia.az xəbər verir ki, Yunanıstan hökuməti Baş katib Antonio Quttereşə 4 səhifəlik məktub göndərib. Məktubda iddia edilib ki, Türkiyə Yunanıstanın “Egey adalarındakı suverenliyini pozur”.

“Türkiyə Egey dənizindəki adalarda Yunanıstanın suverenliyinə meydan oxuyaraq, bölgədə sabitliyi pozan düşməncə siyasət yürüdür” - məktubda deyilir. Məktubda Yunanıstan Türkiyəni müharibə təhdidləri səsləndirməkdən yayınmağa çağırıb.

Qeyd edək ki, Türkiyə qırıcılarının son günlərdə Egey dənizində uçuşları intensivləşdirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Yunanıstan 1923 və 1947-ci illərdəki müqavilələr əsasında şərt irəli sürülərək ona verilən adaların statusunu pozur. “Ciddi deyirik, Afina şərtlərə əməl etməzsə məsələni daha da irəliyə aparacağıq. ABŞ-ın siyasətində balansın pozulduğunu müşahidə edirik. Xəbərdarlıq etdik” - deyə Çavuşoğlu bildirmişdi.