Ermənistanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olundu



 22:59 29.05.2022     587

Yerli vaxtla saat 22:09-da Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Təbii hadisə Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Bu barədə Demedia.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.