Azərbaycanda koronavirusla bağlı SON DURUM
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 808 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 041 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 54 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 134, bu günə qədər isə ümumilikdə 6 907 553 test icra olunub.