Şəkidə turistləri daşıyan avtobus dərəyə aşdı - Yaralılar var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə Demedia.az FHN-ə istinadən xəbər verir.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.