Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu



 18:44 09.06.2022     371

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 63 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 988, bu günə qədər isə ümumilikdə 6 916 588 test icra olunub.