Xəzərə çirkli sular axıdılır? – Rəsmi



 22:49 10.06.2022     385

Son günlər Dənizkənarı Bulvar ərazisindən Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı yayılan görüntülərlə münasibət bildirilib.

Demedia.az xəbər verir ki, Azərsu ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov görüntülərdən xəbərdar olduqlarını bildirib.

“Əraziyə baxış keçirilib və araşdırılıb. Həmin axıntılar qrunt sularıdır. Çirkli təsərrüfat məişət suları deyil. Laboratoriya nətiəcələri də var. Təqdim edə bilərik”, - şöbə rəisi vurğulayıb.