Bu ölkə COVID-19-la bağlı bütün qadağaları ləğv etdi



 20:23 17.06.2022     370

Misir hakimiyyəti COVID-19-un yayılması ilə əlaqədar daha əvvəl ölkə girişinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. 

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Misir Nazirlər Kabinetinin nümayəndəsi Nader Saad bildirib.

Beləliklə, hökumət həm xarici vətəndaşlar, həm də misirlilər üçün anti-covid tədbirlərini ləğv edib. Qərar Epidemiyalarla Mübarizə üzrə Böhran Mərkəzinin Ali Şurasının iclasının yekunları üzrə qəbul edilib.