Qarabağın bərpası ilə bağlı dövlət xərcləri yarım milyard manata yaxın artırıldı



 12:58 20.06.2022     1063

Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2,670 milyard manat ayrılacaq.

Demedia.az xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4 % və ya 470 milyon manat çoxdur.

Bu xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma xərcləri maddəsində əksini tapıb. Bu maddə üzrə xərclər 5 milyard 972,271 milyon manat müəyyən edilib ki, bu da, əvvəlki büdcə proqnozu ilə müqayisədə 980,6 milyon manat və ya 19,6 % çoxdur.

Məlumata görə, bunun 3 milyard 286,4 milyon manatı (əvvəlki proqnozla müqayisədə 17,8 % və ya 496,6 milyon manat çox) dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) təşkil edir.