Dövlət büdcəsinə dəyişiklik: Neftin qiyməti ilə bağlı müzakirə aparılır



 12:08 22.06.2022     1124

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklə bağlı layihə Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılıb.

Demedia.az xəbər verir ki, layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Bildirib ki, qanun layihəsi prezidentin təşəbbüsü ilə parlamentə daxil olub.

Qeyd edilib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yüksək artım tempi 2022-ci ilin ilk 5 ayında da davam edib. Ötən 5 ay ərzində Azərbaycan Ümumi Daxil Məhsulun (ÜDM) həcmi 50 milyard manatı, qeydi-neft sektorunda istehsalın həcmi isə 25 milyard manatı keçib. ÜDM artım tempi 7,2 faiz, qeydi-neft sektorun artım tempi isə 11,2 faizi keçib.

Bu rəqəmlər son 12 ilin ən yüksək göstəriciləridir.

Ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin 1 barrelinin qiyməti 50 ABŞ dolları nəzərə alınıb. Bu ilin 5 ayı ərzində neftin qiyməti 106 ABŞ dolları həcmində olub. Bu ilin 5 ayı ərzində dövlət büdcəsi profisiti 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən dəfələrlə çoxdur. Bunu şərtləndirən bir çox amillər mövcuddur. Bunlardan biri odur ki, ilk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri və qaz ixracından əldə etdiyi gəlirləri demək olar ki, bərabərləşdirilib. Bu müddət ərzində ərzində Dövlət Vergi Xidmətinin xətti ilə yığılmış vergilərin həcmi proqnozdan təxminən 2 milyard manata yaxın çox olub. Bütün bu göstəricilər dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsini zəruri edir. İqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Hazırda müzakirələr davam edir.