Dr. Maya Rustamova

İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib

 20:09 22.06.2022     205

Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Demedia.az xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 46 nəfər “Tərəqqi” medalı ilə, 174 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.