Şolts Baydenlə görüşəcək



 17:42 24.06.2022     508

Almaniya kansleri Olaf Şolts iyunun 26-da G7 ölkələrinin sammiti çərçivəsində Elmau şəhərində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Demedia.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmisi Volfqanq Büxner deyib.

“Kansler Şolts iyunun 26-da Elmauda Prezident Co Baydenlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, G7 və NATO sammitinin gündəliyi müzakirə olunacaq”, - Büxner bildirib.