Ordumuzun hərbçisi həlak oldu - Müdafiə Nazirliyi



 16:32 02.07.2022     439

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.