Azərbaycanda cüdo məşqçisi qəza nəticəsində öldü



 18:20 03.07.2022     440

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Bu barədə Demedia.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.

Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!