Bakı metrosunda təhlükəli anlar: Sərnişinin telefonu TÜSTÜLƏNDİ
"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.
Demedia.az xəbər verir ki, bunu "bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
"Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.
Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar", - deyə o, qeyd edib.