Səhiyyə nazirinə yeni müşavir təyin edilldi



 12:02 06.07.2022     380

Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin olunub.

Bu barədə Demedia.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirin müvafiq əmrinə əsasən, Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.