Daha 40 nəfər koronaya yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 348, bu günə qədər isə ümumilikdə 6 980 033 test icra olunub.