Bayram tətili başlayır: Növbəti iş günü nə vaxtdır?



 09:59 08.07.2022     482

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

Demedia.az xəbər verir ki, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq.

Növbəti iş günü iyulun 13-dədir.