"Qaz itkilərinin həcmi 80 milyon kubmetr azalıb" - Ruslan Əliyev



 12:11 08.07.2022     614

Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 80 milyon kubmetr və ya 3 % azalıb.

Demedia.az  xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

R.Əliyev qeyd edib ki, 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin 7,4 % olub. Bu ilin sonunda qaz itkilərinin həcmini 6 %-ə qədər azaldılması nəzərdə tutulur.