Havanın maksimal temperaturu yüksələcək - XƏBƏRDARLIQ

 18:00 10.07.2022     288

Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Demedia.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.