Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı İNTİHAR ETDİ



 11:09 14.07.2022     381

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

Demedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hadisə iyulun 13-də qeydə alınıb.

"Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır", - açıqlamada bildirilib.