"Azəriqaz" paytaxtın 5 rayonunda “Açıq qapı” aksiyası keçirəcək

 16:34 16.07.2022     294

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi gələn həftə (18-22 iyul) saat 11:00-da paytaxtın 5 rayonunda “Açıq mikrofon” aksiyaları keçirəcək.

Demedia.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü Nərimanov rayonunda (Montin qəsəbəsi, 57 nömrəli məktəbin yanı), 2-ci günü Yasamal rayonunda (Yeni Yasamal 1, bina 3), 3-cü günü Binəqədi rayonunda (M. Ə. Rəsulzadə qəsəbəsi, Ramiz Aboyev Parkının qarşısı), 4-cü günü Xətai rayonunda (Xocalı prospekti, Xocalı Parkı), 5-ci günü Nizami rayonunda (Şirin Mirzəyev və Məmmədəli Şərifli küçələrinin kəsişməsi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.