"Azərişıq" daha 6 xidmətini elektronlaşdırdı
"Azərişıq" ASC 6 yeni xidməti elektron xidmətlər sırasına əlavə edib.
Bu barədə Demedia.az-a qurumdan məlumat verilib.
Bildirilir ki, yeni xidmətlərdən istifadə üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər.
Təqdim edilən yeni xidmətlər aşağıdakılardır:
- borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu
- əhali və qeyri-əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət
- elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri
- istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi
- məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu
- yük hesabatının hesablanması.
Bu vaxta qədər də qurumun abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və qeyri-əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması kimi xidmətləri də mövcud idi.