Prezident İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib

 10:59 20.07.2022     152

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıtda olub.

Demedia.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Sonra Prezident İlham Əliyev Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.