23 şəxs cinayət başında tutulub
2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 96 cinayət işi başlanılmış, keçirilmiş 22 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 23 şəxs cinayət başında yaxalanıb, habelə 6 nəfər axtarışda olan şəxs saxlanılıb.
Baş Prokurorluqdan Demedia.az-a bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 2 339 müraciətdən 63-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.