Nigeriyada ağır qəza: 30 ÖLÜ

 17:24 22.07.2022     444

Nigeriyanın Kaduna əyalətində bir avtomobil və iki mikroavtobus toqquşub. 

Demedi.az  xəbər  verir ki,  hadisə nəticəsində 30 nəfər həyatını itirib.

Nigeriya Milli Yol Təhlükəsizliyi Təşkilatının (FRSC) Kaduna Dövlət Koordinatoru Abdurahman Yakasai, Kaduna əyalətindəki Zaria-Kano avtomobil yolunda bir avtomobilin əks istiqamətdən gələn iki sərnişin mikroavtobusu ilə toqquşduğunu söyləyib. 

Onun sözlərinə görə,  qəzada çox sayda insan yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu ifadə edən Yakasai, ölənlərin sayının artmasından narahat olduqlarını dilə gətirib.

Yakasai bildirib ki, qəzaya həddindən artıq sürət səbəb ola olub.