Nazir baş leytenanta vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Demedia.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş leytenantı Cavid Məmmədov vəzifəsindən azad edilərək, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinə rəis təyin olunub.