“Müharibə veteranı” olan həkim xəstəlikdən vəfat etdi



 11:59 29.07.2022     647

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu vəfat edib.

Demedia.az xəbər verir ki, həkim ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.