Şakiraya 8 il HƏBS TƏLƏBİ - Təfərrüatlar
Dünyaca məşhur müğənni Şakira 15 milyon avroya yaxın vergidən yayınmada ittiham olunur.
Demedia.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin vəkillərinin dediyinə görə, 45 yaşlı Şakira məhkəmədə günahsız olduğunu sübut etmək istəyir.
Belə ki, İspaniya prokurorları müğənnini 2012-2014-cü illər arasında qazandığı gəlirdən 14,5 milyon avro vergi ödəməməkdə ittiham ediblər.
Məhkəmədə vergidən yayındığı sübut olunarsa, o, cərimələnə və ya həbs oluna bilər.
Şakiranın mətbuat katibi isə borclu olduğu deyilən məbləği İspaniya Vergi Agentliyinə yatırdığını və vergi borcunun qalmadığını bildirib.
Keçiriləcək məhkəmənin vaxtı təyin edilməyib.