Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxdu
Azərbaycanda koronavirusa 452 yeni yoluxma qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Demedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.
Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 098 nəfərdir.
Son sutka ərzində 3 750, hazırkı dövrədək ümumilikdə 7 066 158 test aparılıb.