Ermənistan məğlubiyyətini qəbul edir: Laçını tərk edirlər
Ermənistan KİV-lərində yayılan məlumatlara görə, ermənilər avqustun 25-dək Laçını tərk etməlidirlər. Artıq ermənilərin Laçından, xüsusilə Zabux kəndindən çıxması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Demedia.az-ın məlumatına görə, siyasi şərhçi Əziz Əlibəyli saytımıza bildirdi ki, onların bundan başqa çıxış yolu yoxdur.
"Prosesdən çıxış yolu yoxdur. Mütləq şəkildə tərk edəcəklər. Ola bilər ki, öz aralarında qarşıdurmalar olacaq. Əhali tərketmə prosesini ağır formada yaşayır. Kəndlərin yağmalanması prosesi gedir. Erməni siyasətçilərin bəziləri düşünür ki, bu fakt onların əleyhinə işləyəcək".
Əziz Əlibəyli bildirir ki, Ermənistanın öz daxilində gedən proseslərdən görünür ki, onlar məğlubiyyətlərini qəbul ediblər:
"Digər baxımdan həm mərkəzi hökumət, həm İrəvandakı qondarma rejimin administrasiyası, həm də kənddəki quldurların idarəetməsi ilə bu üçlüyün qərarları üst-üstə düşmür. Onlar çaşbaşdılar. Elə güman edirəm ki, Ermənistan məğlubiyyəti qəbul edib. İrəvan yəqin ki, çamadanını müəyyən müddət sonra yığışdıracaq. Yerdəki ermənilərə gəlincə, onlar Azərbaycan Ordusunu qəbul etməyə hazırlaşırlar".