Xəstəxana əməkdaşlarının zəhərlənməsi l ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.
Bu barədə Demedia.az-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır.