Bakıda 54 nəfəri gün vurdu



 12:44 16.08.2022     535

Yay mövsümü başlayandan Bakıda günvurma ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Bu barədə Demedia.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.

Onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.

Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.