"Heç vaxt lüks avtomobilə minməmişəm" deyən aktyor "Porsche" aldı



 17:20 17.08.2022     483

Türkiyəli aktyor Erdem Baş lüks avtomobili ilə diqqət çəkib.

Demedia.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir müddət əvvəl "Green Card" qazanaraq Amerika Birləşmiş Ştatlarına köçən aktyor özünə "Porsche" markalı maşın alıb.

"Lüks avtomobillərə heç vaxt minməmişdim" deyən Erdem yeni avtombili üçün 7 min 500 dollar (təxminən 12 min 500 AZN) ödəyib.

Qeyd edək ki, Erdem Baş "Ayrılsak da Beraberiz", "Reyting Hamdi", "Çocuklar Duymasın" ve "Seksenler" kimi reytinqli ekran işlərində rol alıb.