Bakıda dünyaya gələn beşəmlərin vəziyyəti AÇIQLANDI
Bakıda dünyaya gələn beşəmlərin son vəziyyət açıqlanıb.
Bu barədə Qazet.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, avqustun 11-də doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir:
“Beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.
Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alırlar, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir”.
Qeyd edək ki, körpələr - 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.