Enerji menecment sisteminə dair tələblər təsdiq edilib



 14:59 19.08.2022     640

Enerji menecment sisteminə dair tələblər təsdiq edilib.

Nazirlər Kabinetindən Demedia.az-a verilən məlumata görə, qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

Sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektlərinə könüllülük prinsipi əsasında enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sistemini yaratmaq hüququ verir.

 

Enerji menecment sisteminin yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanılması və daim təkmilləşdirilməsi İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının əsasında qəbul edilmiş dövlət standartına uyğun həyata keçirilir.

Bundan irəli gələrək, İqtisadiyyat Nazirliyinə Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartını (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiq etməsi tapşırılmışdır.