Azərbaycanda bu məhsulların QİYMƏTİ KƏSKİN BAHALAŞDI
Son günlər ətin bahalaşmasının əsas səbəbi kimi heyvan yemlərinin qiymətlərinin artması göstərilir.
Buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı... İri və xırdabuynuzlu heyvanların yemlənməsi üçün istifadə olunan bu yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb.
Satıcılar deyirlər ki, mal-qara üçün daha çox yonca, kəpək və saman alınır.
Demedia.az xəbər verir ki, bunların da qiymətlərində 40 faizə qədər bahalanma var.
Yem qiymətlərinin bu qədər artması heyvandarlıqla məşğul olanların sayına da təsir edib. Satıcılar alıcıların sayının az qala yarıbayarı azaldığını deyirlər.
Digər yemlərdən qarğıdalının qiyməti 60 qəpikdən 85 qəpiyə, samanın qiyməti 2 manatdan 2 manat 50 qəpiyə, arpanın qiyməti isə 30 qəpikdən 50 qəpiyə qalxıb.