Nə qədər müəllimin maaşına əlavələr ediləcək?

 12:38 23.08.2022     275

Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr maaş artımı demək deyil.

Demedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

“Çünki əmək haqları artımı ilə bağlı mütəmadi dövlət başçısı tərəfindən qərarlar verilir. Yəni qərar əmək haqlarına aylıq əlavələrlə bağlıdır”, - nazir qeyd edib.

Nazirin sözlərinə görə, yeni qərarın 865 nəfər direktor, 2 343 direktor müavininə şamil edilməsi nəzərdə tutulur.